
Bakı. Trend:
Müasir çağırışlar və təhdidlərin öhdəsindən yalnız dialoq yolu
ilə gəlmək mümkündür.
Trend xəbər verir
ki, bununu Özbəkistan Respublikasının prezidenti yanında Strateji
və Regional Tədqiqatlar İnstitutunun direktor müavini Baxtiyor
Mustafayev “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in
institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə”
adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü
sessiyasında çıxışı zamanı deyib
“Müasir çağırış və təhdidlərin öhdəsindən yalnız dialoq,
qarşılıqlı maraqların nəzərə alınması və beynəlxalq hüququn
tanınmış normalarına riayət olunması yolu ilə gəlmək mümkündür.
Belə şəraitdə rifah və dayanıqlı inkişaf naminə kollektiv
məsuliyyət daşımağa hazır olmaq, həmçinin, regional beynəlxalq
təhlükəsizliklə bağlı aktual məsələlər üzrə vahid yanaşma
formalaşdırmaq hər zamankından daha zəruri olur”, – deyə ekspert
bildirib.
Mustafayevin sözlərinə görə, xüsusilə Əfqanıstanda uzunmüddətli
və dayanıqlı sülhün təmin olunması istiqamətində səylərin
birləşdirilməsi xüsusi diqqət tələb edir. Bu ölkədə sosial-iqtisadi
vəziyyətin bərpası və iri infrastruktur layihələrinin
gerçəkləşdirilməsi bütün region ölkələri üçün yeni strateji
perspektivlər açacaq