
Bakı. Trend:
Polşanın baş naziri Donald Tusk ölkənin hava məkanının pozulması
ilə bağlı insident fonunda Rusiyanı irimiqyaslı təxribatda ittiham
edib.
Trend bu barədə
xarici KİV-ə istinadla xəbər verir.
Onun sözlərinə görə, Varşava hazırda müttəfiqləri ilə danışıqlar
aparır, bu hücumlara və təxribatlara qarşılıq verməyə hazırdır.
Eyni zamanda, Tusk dronların hava məkanını pozması və onların
zərərsizləşdirilməsi zamanı heç kimin zərər çəkmədiyini, vəziyyətin
nəzarət altında olduğunu aydınlaşdırıb. Polşa baş naziri təşvişə
heç bir əsasın olmadığını vurğulayıb.