Rusiya neft-qazından həmişəlik imtina edin – Ursula fon der Lyayen Aİ-ə səslənib

Baş səhifə

Bakı. Trend:

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen öz proqram
nitqində Avropa İttifaqını Rusiyanın enerji resurslarından
həmişəlik imtina etməyə çağırıb.

Trend xəbər verir
ki, bu haqda o, Strasburqda, Avropa Parlamentinin sessiyasında
çıxışı zamanı danışıb.

“Rusiyanın çirkli karbon resurslarından həmişəlik imtina etməyin
vaxtı çatıb. Buna cavab Avropanın atom enerjisinə söykənən
(ekoloji) təmiz enerjisi olacaq”, – deyə fon der Lyayen
bildirib.




Avropa Komissiyası bu il (yazda) Avropa İttifaqı ölkələrinin
2027-ci ilin sonuna qədər Rusiya neft və qazı almasını tam qadağan
edəcək plan təqdim edib və bu plan Ukraynada münaqişə başa
çatdıqdan sonra da qüvvədə olacaq.

Hazırda Avropa Komissiyası Rusiyanın atom texnologiyaları və
nüvə yanacağına dair oxşar qadağa planını hazırlayır və onun
oktyabr ayında təqdim olunacağı gözlənilir.