2027-ci ildən Bakı və ətraf ərazilərdə duzsuzlaşdırılmış dəniz suyundan istifadə ediləcək

Baş səhifə

Bakı. Trend:

2027-ci ildən Bakı və ətraf ərazilərdə duzsuzlaşdırılmış dəniz
suyundan istifadə edilməsi nəzərdə tutulur.

Bu barədə Trend
Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və
Konfransının – “Baku Water Week”in (Bakı Su Həftəsi) açılışı
çərçivəsində məlumat əldə edib.

Belə ki, artıq bu il müvafiq sahədə beynəlxalq şirkətlərlə
müqvilələrin bağlanılması və layihə sənədlərinin hazırlanması
işləri yekunlaşdırılacaq.




2026-cı ildə isə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə
içməli su istehsalı sahəsində 1 pilot layihə həyata
keçiriləcək.

Beləliklə, sözügedən işlər tamamlandıqdan sonra 2027-ci ildən
Bakı şəhərinin və ətraf ərazilərin içməli su təminatında
duzsuzlaşdırılmış dəniz suyundan istifadə ediləcək.