
Bakı. Trend:
Türkiyənin FIFA dərəcəli keçmiş hakimi Cüneyt Çakır “Qarabağ”ın
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda keçirəcəyi
oyuna təyinat alıb.
Trend xəbər
verir ki, hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər
Komitəsinin sədri vəzifəsində çalışan keçmiş referi Ağdam klubunun
Portuqaliyada “Benfika”ya qarşı oynayacağı matçın hakim-inspektoru
olacaq.
O, ötən mövsüm Azərbaycan çempionunun UEFA Avropa Liqasının əsas
mərhələsində Bakıda Fransanın “Lion” komandasına qarşı keçirdiyi
matçda da eyni funksiyasını yerinə yetirmişdi.
Qeyd edək ki, sentyabrın 16-da Lissabonda təşkil ediləcək
“Benfika” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da
başlayacaq.