Elman Nəsirov narazılıq etdi: “Məni bu qrup salmadılar”

Baş səhifə

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında deputat Elman Nəsirov Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupuna salınmamasından narazılıq ifadə edib.

Modern.az-ın məlumatına görə, o, namizədlik dissertasiyasının Azərbaycan-ABŞ münasibətləri, doktorluq dissertasiyanın isə ABŞ və beynəlxalq terrorizm məsələləri olduğunu bildirib.

“Müraciət edəndə, məni İşçi Qrupuna salmamışdılar. Peşə fəaliyyətim bu ölkə ilə bağlıdır, az-çox bu ölkəni tanıyıram. İmkan olsaydı, dostluq qrupunun üzvü olmaq istəyərdim”, – deputat qeyd edib.

Qeyd edək ki, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri aşağıdakı deputatlardır:

Səməd Seyidov – sədr

Nigar Arpadarai

Vüqar Bayramov

Məzahir Əfəndiyev

Azər Əmiraslanov

Asif Əsgərov

Sevinc Fətəliyeva

Tural Gəncəliyev

Nurlan Həsənov

Məlahət İbrahimqızı

Erkin Qədirli

Asim Mollazadə

Elşad Musayev

Bəhruz Məhərrəmov

Qaya Məmmədov

Siyavuş Novruzov

Könül Nurullayeva

Gülşən Paşayeva

Anatoliy Rafailov

Samir Vəliyev

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir