
Bakı.Trend:
Trend
BİA və DHA Türkiyədə foto və videomaterialların alqı-satqısı
üçün ən böyük platformalardan birinə çevriləcək yeni stok resursunu
DHApress.com portalı üzərindən işə salır. Yeni
layihənin hazırlanması və tətbiqi Prezidentlər İlham Əliyev və
Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənmiş Azərbaycan-Türkiyə
media platforması çərçivəsində Trend və DHA tərəfindən həyata
keçirilib.
Peşəkar multimedia kontentinə artan tələbatı qarşılamaq
məqsədilə Trend BİA-nın inkişaf komandası DHApress.com portalını
müasirləşdirərək, ona tam funksional stok platforması əlavə edib.
İndi istifadəçilər xəbər süjetləri, reportajlar və rəqəmsal media
üçün eksklüziv foto və videomaterialları əldə edə və sata
biləcəklər.
DHApress.com istifadəçilərə multimedialı kontent əldə etmək üçün
yeni yanaşmalar təqdim edir. Ənənəvi stok xidmətlərindən fərqli
olaraq, bizim platformamız əvvəllər yalnız dar media çevrəsinə açıq
olmuş eksklüziv xəbər kontentinə yönəlib. İndi televiziya
kanalları, jurnalistlər, prodakşn studiyaları və reklam
agentlikləri hadisə yerlərindən operativ şəkildə aktual foto və
videomateriallar əldə edə biləcəklər.
Kontentin yüksək keyfiyyəti platformanın əsas prioritetlərindən
biridir. Bütün məhsullar peşəkar istifadə üçün uyğunlaşdırılıb və
sənayenin ən yüksək standartlarına cavab verir. Ağıllı düşünülmüş
interfeys sayəsində istifadəçilər rahat axtarış və çeşidləmə
alətlərindən istifadə etməklə lazımi materialları asanlıqla tapa və
yükləyə bilirlər. Bundan başqa, əlverişli tarif planları istər
ayrı-ayrı materialların birdəfəlik alınmasına, istərsə də müntəzəm
istifadə üçün abunə formasında əməkdaşlığa imkan yaradır.
Digər mühüm üstünlüklərdən biri çoxdilli dəstəyin olmasıdır.
DHApress.com Azərbaycan, türk və ingilis dillərində fəaliyyət
göstərir ki, bu da platformanı geniş beynəlxalq auditoriya üçün
əlçatan edir. Aparıcı informasiya agentlikləri ilə inteqrasiya isə
kontent bazasının dərhal yenilənməsinə və istifadəçilərin ən aktual
foto və videolara çıxışına imkan verir. Nəticədə, DHApress.com
sadəcə stok xidməti deyil, rəqəmsal jurnalistika və marketinqin
inkişafına töhfə verən güclü media-kontent yaradıcı alətinə
çevrilir.
DHApress.com istifadəçilərə daha əvvəl yalnız məhdud sayda KİV-ə
açıq olmuş eksklüziv xəbər kontentinə çıxış imkanı yaradır.
Platformada təqdim edilən foto və videomaterialın geniş seçim
imkanının olması, onları jurnalistika, rəqəmsal marketinq və
prodakşn sənayesində peşəkar istifadə üçün əvəzsiz edir.
Platforma istifadəçilərin rahatlığını nəzərə alaraq hazırlanıb:
intuitiv interfeys vasitəsilə lazım olan materialları asanlıqla
tapmaq, çeşidləmək və yükləmək mümkündür. Tarif planlarının
əlverişliliyi isə həm ayrı-ayrı foto və videomaterialların
birdəfəlik alınmasına, həm də müntəzəm multimedialı kontentdən
istifadə edənlər üçün abunə formasında əməkdaşlığa şərait
yaradır.
DHApress.com layihəsi gələcəkdə daha da böyüməyə və
funksionallığını genişləndirməyə hədəflənib. Yaxın perspektivdə
kontentin avtomatik kataloqa salınması üçün süni intellektin
tətbiqi, redaktə alətlərinin təkmilləşdirilməsi, həmçinin,
beynəlxalq media şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi
planlaşdırılır.
Trend və DHA-nın tərəfdaşlığı sayəsində DHApress.com layihəsi
Azərbaycan, Türkiyə və digər ölkələrin aparıcı informasiya
axınlarını birləşdirən tamhüquqlu media-haba çevriləcək.