ABŞ Dövlət Departamentinin baş rəsmisi Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edildi

Baş səhifə

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət
Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş
rəsmisi Brendan Hanrahanı qəbul edib.

XİN-dən Trend
bildirilib ki, görüş zamanı Azərbaycan-ABŞ münasibətləri, Strateji
Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi
Qrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn
məsələlər, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə
qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik
məsələləri müzakirə olunub.

Azərbaycan-ABŞ münasibətlərinin tarixi, bir sıra, o cümlədən
təhlükəsizlik, enerji sahələri üzrə qarşılıqlı faydalı əməkdaşlıq
ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə, xüsusilə cari
ilin avqust ayında baş tutan ali səviyyəli səfər və təmasların
münasibətlərin inkişafında əhəmiyyətli yer tutduğu qeyd edilib.

Tarixi Vaşinqton görüşü nəticəsində ölkəmizin təşəbbüskarı
olduğu Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi
istiqamətində əldə olunan tarixi razılıqların, o cümlədən sülh
müqaviləsinin paraflanması və keçmiş münaqişənin qalıqları olan
strukturların ləğvi üzrə atılan addımların vacibliyi
vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir