Diplomatik nümayəndəliyin tabeliyindəki mədəniyyət mərkəzi haqqında Əsasnaməyə dəyişiklik edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik
nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında
Əsasnaməyə dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı müvafiq
qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının xarici dövlətdəki
diplomatik nümayəndəliyinin tabeliyində olan Mədəniyyət Mərkəzi
Azərbaycanın mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı,
elmi-texniki və turizm potensialının təbliğini genişləndirmək
məqsədilə Mədəniyyət Nazirliyinin və Xarici İşlər Nazirliyinin
birgə təklifi və Nazirlər Kabinetinin vəsatəti əsasında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə yaradılacaq.

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətin
tərəfdar çıxdıqları müvafiq beynəlxalq müqavilələri, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını,
Azərbaycan Respublikasının Hökuməti ilə qəbul edən dövlətin
hökuməti arasında diplomatik nümayəndəliyin tabeliyində Mərkəzin
yaradılması və fəaliyyətinə dair bağlanılmış sazişi, habelə
Mədəniyyət Nazirliyinin və Xarici İşlər Nazirliyinin əmr, sərəncam
və göstərişlərini rəhbər tutur və qəbul edən dövlətin
qanunvericiliyini nəzərə alır.

Mərkəzlərdə aparılan işin həcmi və xüsusiyyətləri nəzərə
alınaraq, Mərkəzdə mühasibat uçotunu aparan və maliyyə-təsərrüfat
fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirən diplomatik
nümayəndəliyin maliyyə məsələləri üzrə attaşelərinə Mərkəz
tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il
21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik
xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi
Qaydaları”na uyğun olaraq onların dövlət məvacibindən gəlir vergisi
və digər icbari ödənişlər çıxıldıqdan sonra qalan vəsaitə
fərqləndirici əmsal tətbiq edilməklə alınan məbləğin 15 (on beş)
faizi həcmində aylıq əlavə (müvafiq valyutada) ödəniləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir