
Bakı. Trend:
Azərbaycanda son 30 il ərzində yağıntıların miqdarı 10%
azalıb.
Trend xəbər
verir ki, bunu Ekologiya şöbəsinin müdiri, Su və Meliorasiya Elmi
Tədqiqat İnstitutunun Ekologiya şöbəsinin müdiri Günay Abbasova
Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və
Konfransında – “Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı
deyib.
O bildirib ki, son 10 ildə isə ölkədə güclü leysan yağışları
günlərin sayı 6 dəfəyədək artıb.
“Bundan başqa, son 10 il ərzində dolu dün günlərin sayı 3,2
dəfə, quraqlığın davamiyyəti isə 34 faiz artıb.
Eyni zamanda, 2015-ci ildən bu yana isti hava dalğası 6-13 dəfə
artıb. Ölkə ərazisində son 10 ildə yanğın hadisələri 2 dəfədən çox
artıb”, – deyə o qeyd edib.