
Bakı. Trend:
Bir sıra hallarda pensiya yaşına çox az qalmış vətəndaş işdən
azad edilir. Təbii ki onun yenidən iş tapması kifayət qədər çətin
olur.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında çıxışı zamanı
deyib.
Millət vəkili bildirib ki, bir sıra ölkələrdə pensiya yaşına az
qalmış işçinin işdən azad edilməsi qadağan olunur.
“Təklif edərdim ki, pensiya yaşına az qalmış vəyəndaşların əmək
hüququnun qorunması üçün Əmək Məcəlləsinə dəyişikliklər hazırlayaq.
Bu, övlət və özəl sekstorda vətəndaşların pensiya yaşına az qalmış
işdən azad edilməsinin qarşısını alacaq”, – deyə deputat qeyd
edib.