Aygün Kazımova müğənni həmkarını pərt etdi – VİDEO

Baş səhifə

Xalq artisti Aygün Kazımova müğənni həmkarı Eldəniz Məmmədova hörmətsizlik edib.

Modern.az-ın məlumatına görə, Aygün Kazımovanın çıxış etdiyi məkanlardan birində müğənni Eldəniz Məmmədov onunla şəkil çəkdirmək üçün səhnəyə qalxıb.

Lakin Aygün Kazımova Eldəniz Məmmədovun istəyinə sərt reaksiya verib:

O, həmkarını guya tanımadığı kimi davranaraq, onunla şəkil çəkdirmək istəməyərək E.Məmmədovu pərt edib.

Aygün Kaımovanın bu hərəkəti sosial şəbəkələrdə qınanılıb.