
Bakı. Trend:
2025-ci ilin yanvar-avqust aylarında əsas kapitala 11374,5
milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 0,2 faiz az investisiya yönəldilib.
Trend bu barədə
Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faiz
azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların
həcmi isə 8 faiz artıb.
İstifadə olunmuş investisiyanın 5800,2 milyon manatı və ya 51,0
faizi məhsul istehsalı sahələrinə, 3819,9 milyon manatı (33,6
faizi) xidmət sahələrinə, 1754,4 milyon manatı (15,4 faizi) isə
yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 8752,8 milyon
manatını və ya 77 faizini daxili investisiyalar təşkil edib. Əsas
kapitala yönəldilmiş investisiyaların 8985,9 milyon manatı və ya 79
faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə
sərf olunub.