Rutte Putinə xəbərdarlıq edib: Hava hücumundan müdafiə sistemlərimiz hazır vəziyyətdədir

Baş səhifə

NATO yeni hücumlara hazırdır.

APA “Politico”ua istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rutte bildirib.

Bildirilir ki, NATO Baş katibi Moskvanı sərt tənqid edərək, bir neçə Rusiyaya məxsus pilotsuz uçuş aparatının Polşa hava məkanında vurulmasından sonra Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlıq edib.

Onun sözlərinə görə, hərbi alyans hücumun qəsdən olub-olmadığını müəyyən etmək üçün “hadisənin tam qiymətləndirilməsi” üzərində işləyir. Lakin o qeyd edib ki, “Aydın olan budur ki, ötən gecə baş verən hava məkanının pozulması təcrid olunmuş bir hadisə deyil”.

Brüsseldə jurnalistlərə açıqlama verən NATO rəhbəri bildirib ki, hava hücumundan müdafiə sistemlərimiz daim hazır vəziyyətdədir.

“Mesajım aydındır: Ukraynadakı müharibəni dayandırın… müttəfiqlərin hava məkanını pozmağı dayandırın və bilin ki, biz hazırıq, ayıq-sayıqıq və NATO ərazisinin hər qarışını qoruyacağıq”, Rütte qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir