Sumqayıt Sənaye Parkının rezidenti Gürcüstana məhsul ixracına başlayıb

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların
İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye
Parkının rezidenti “Sika” MMC ilk dəfə olaraq Gürcüstana müxtəlif
növ tikinti məhsullarının ixracına başlayıb. Şirkət tərəfindən bu
ölkəyə ilkin mərhələdə 100 tondan çox məhsul göndərilib.

Trend
xəbər verir ki, bu barədə İZİA məlumat yayıb.




Qeyd edək ki, “Sika” MMC 2016-ci ildə Sumqayıt Sənaye Parkının
rezidenti kimi qeydiyyata alınıb. İsveçrə kapitallı şirkətin
investisiya həcmi 10,3 milyon manat təşkil edir. Müəssisədə 70
nəfərə yaxın daimi iş yeri yaradılıb.

2018-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla “Sika” MMC
tərəfindən 80 milyon manatlıq məhsul satışı həyata keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir