Cari ilin yanvar-avqust aylarında sənaye istehsalının statistikası açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi
sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında 42,0
milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
1,2 faiz az sənaye məhsulu istehsal edilib.

Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalıb, qeyri
neft-qaz sektorunda isə 4,8 faiz artıb.

Sənaye məhsulunun 61,2 faizi mədənçıxarma sektorunda, 32,3 faizi
emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su
təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal
olunub.




Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalmış,
əmtəəlik qaz hasilatı isə 2,8 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 93,5 faiz,
ağacın emalı və ağacdan məmulatların istehsalı 85,6 faiz, toxuculuq
sənayesi məhsullarının istehsalı 29,0 faiz, qida məhsullarının
istehsalı 10,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,4
faiz, tütün məmulatlarının istehsalı 8,0 faiz, rezin və plastik
kütlə məmulatlarının istehsalı 6,1 faiz, maşın və avadanlıqların
istehsalı 0,7 faiz artmış, neft məhsullarının istehsalı 0,1 faiz,
içkilərin istehsalı 0,4 faiz, tikinti materiallarının istehsalı 4,2
faiz, mebel istehsalı 7,6 faiz, metallurgiya sənayesi məhsullarının
istehsalı 12,3 faiz, hazır metal məmulatlarının istehsalı 12,7
faiz, elektrik avadanlıqlarının istehsalı 13,8 faiz, maşın və
avadanlıqların quraşdırılması və təmiri işləri 14,0 faiz, geyim
istehsalı 20,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların
istehsalı 22,1 faiz, poliqrafiya məhsullarının istehsalı 23,6 faiz,
avtomobil, qoşqu və yarımqoşquların istehsalı 24,8 faiz, kağız və
karton istehsalı 26,2 faiz, kompüter, elektron və optik məhsulların
istehsalı 29,1 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və
təchizatı sektorunda istehsalın həcmi 1,6 faiz, su təchizatı,
tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,4 faiz
artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir