Mikayıl Cabbarov Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat
Köksalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat
naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində yazıb.




Nazir bildirib ki, QDTİB ilə Azərbaycanın özəl bank sektoru
arasında əməkdaşlığın dərinləşdirilməsinin sahibkarlığın
dəstəklənməsi və biznesin inkişafının stimullaşdırılması baxımından
əhəmiyyətini vurğulanıb.

Bankın dövlət-özəl tərəfdaşlıq layihələri də daxil olmaqla
Azərbaycanda həyata keçiriləcək digər təşəbbüslərdə iştirak
potensialını və tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir