Bakı, Sumqayıt, Abşeron rayonu və Naxçıvan MR üzrə sentyabr ayının pensiyaları ödənilib

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və
Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.

Trend
xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.




Bildirilib ki, habelə Naxçıvan Muxtar Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial
Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya
ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə
pensiya hüququna malik şəxslərin sentyabr ayı üzrə pensiyaları da
bu ay qrafik üzrə ödəniləcək.