
Bakı. Trend:
Bu gün AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir
Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru
Eldar Salahov Almaniyanın UNITRON şirkətinin idarəedici direktoru
və hüquqşünası Niko Hans Zibert ilə görüşüb.
Trend şirkətə istinadən xəbər verir ki, səfərin
əsas məqsədi Almaniyanın dəniz sənayesində tətbiq olunan qabaqcıl
texnologiyaların təqdim edilməsi, bu sahədə fəaliyyət göstərən
Azərbaycan şirkətləri ilə, həmçinin Bakı Limanı ilə potensial
əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və inkişaf etdirilməsi
olub.
Bakı Limanında keçirilən görüş zamanı nümayəndə heyətinə limanın
texniki imkanları, inkişaf planları və statistik göstəricilər
barədə məlumat təqdim edilib, onları maraqlandıran suallar
cavablandırılıb.
Terminallara baxış zamanı Limanın əməliyyat imkanlarının
genişləndirilməsi və bu prosesdə Almaniya şirkətləri ilə mümkün
əməkdaşlıq imkanları da müzakirə olunub.

