
Bakı. Trend:
Sentyabrın 9-da Zərdab rayonunun kəndlərindən birində 22 yaşlı
xanımın iradəsi əleyhinə evlənmək məqsədilə oğurlanması hadisəsi
baş verib.
DİN-dən Trend-ə
bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törədən şəxs —
1998-ci il təvəllüdlü İzzət Rəhmanoğlu saxlanılıb.
Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin adam
oğurluğu maddəsi ilə cinayət işi başlanıb. Adam oğurluğunda şübhəli
bilinən şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Qeyd edək ki, oğurlanan şəxsin yeri müəyyən edilərək ailəsinə
qaytarılması təmin olunub.
Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan
təsdiqləyiblər.

