
Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yanında Dövlət
Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi
Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq
edib.
Trend Agentliyə
istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, sentyabrın 11-dən
Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi
sentyabrın 14-ü gündüzədək davam edəcək.
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir
25-28 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2-3 metr, sonrakı inkişafda 3-5 metrə
çatacağı proqnozlaşdırılır.