ABŞ Dövlət Departamentinin rəsmisi ilə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq nəzərdən keçirilib

Baş səhifə

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Dövlət
Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək
vəzifəli rəsmisi Brenden Hanrahan ilə görüş keçirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə bildirilib ki,
görüşdə 8 avqust tarixində Vaşinqtonda imzalanmış sənədlər əsasında
görüləcək işlər, eləcə də, ölkələrimiz arasında nəqliyyat, tranzit,
süni intellekt, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və digər
sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi
aparılıb.




Həmçinin, Orta Dəhlizin potensialının artırılması, Zəngəzur
dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq imkanları
nəzərdən keçirilib.