Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq etdi

Baş səhifə

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Metbuat.az Agentliyə istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, sentyabrın 11-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi sentyabrın 14-ü gündüz saatlarına qədər davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2-3 metr, sonrakı inkişafda 3-5 metrə çatacağı proqnozlaşdırılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir