“Neftçi” Ramil Şeydayevlə müqaviləyə xitam verib

Baş səhifə

“Neftçi” Ramil Şeydayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

APA xəbər verir ki, bu barədə “Neftçi” futbol klubu məlumat yayıb.

Qeyd edək ki, 2024-cü ilin yayında transfer olunmuş Şeydayev “Neftçi”nin heyətində 31 rəsmi oyun keçirib, 4 qol vurub.