Azərbaycan boksçusu dünya çempionatında yarımfinala vəsiqə qazandı

Baş səhifə

Bakı. Trend:

Azərbaycan boksçusu Alfonso Dominqes İngiltərənin Liverpul
şəhərində keçirilən dünya çempionatında növbəti qələbəsini
qazanıb.

Trend xəbər
verir ki, 90 kiloqram çəkidə mübarizə aparan millinin lideri 1/4
finalda Emrah Yaşarla (Türkiyə) üz-üzə gəlib.

Döyüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. Dominqes
rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub
edərək yarımfinala yüksəlib. Boksçu bu qələbə sayəsində özü üçün
azı bürünc medalı da təmin edib.




Alfonso yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə
qarşılaşacaq. Görüş sentyabrın 12-də olacaq.

Qeyd edək ki, axşam sessiyasında Səidcəmşid Cəfərov da (75
kiloqram) 1/4 final döyüşünə çıxacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir