Zinəddin Zidan Fransa millisinin baş məşqçisi postuna əsas namizəddir

Baş səhifə

Bakı. Trend:

Didye Deşamın Fransa millisinin baş məşqçisi postundan
ayrılacağından sonra onu əvəzləyəcək əsas namizəd açıqlanıb.

Trend xarici
mətbuata istinadən xəbər verir ki, bu vəzifəyə Zinəddin Zidanın
gələcəyi gözlənilir.

Fransa Futbol Federasiyası 53 yaşlı mütəxəssisi yığmanın gələcək
çalışdırıcısı kimi nəzərdən keçirir.




D.Deşamın milli komanda ilə müqaviləsinin müddəti 2026-cı il
iyulun 31-də başa çatır. Zidan isə son olaraq İspaniyanın “Real
Madrid” komandasında işləyib.

Qeyd edək ki, Fransa yığması DÇ-2026-nın seçmə mərhələsinin D
qrupunda Azərbaycan millisinin rəqibidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir