
Bakı. Trend:
Sabah Bakının bir sıra ərazilərində qaz olmayacaq.
Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, “Qum adası-Qazanlar” yüksək təzyiqli qaz
kəmərinin Xətai rayonu, Gənclik Parkı ərazisindən keçən istismara
yararsız hissəsinin dəyişdirilməsi, Nərimanov rayonu, Xətai
prospekti ilə Ə.Dəmirçizadə küçəsinin kəsişməsində isə yeni
çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşməsi məqsədilə
11.09.2025-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək
“Əhmədli” QPS-də və “Əbilov” ölçü qovşağında qaz təchizatı
dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Xətai rayonunun İ.Əbilov,
Kombinat, Xudu Məmmədov, Məhəmməd Hadi, Şirvani, Aşıq Qurbanı
küçələrinin və Nərimanov rayonu, Xətai prospektinin, Ə.Dəmirçizadə,
Qarabağ, Ə.Əlizadə və G.Qədirbəyova küçələrinin qaz təchizatında
müvəqqəti fasilə yaranacaq.

