Birləşmiş Ştatlar sülh prosesində Azərbaycan və Ermənistana kömək etmək öhdəliyi götürür

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ştatlar sülh prosesində Azərbaycan və Ermənistana
kömək etmək öhdəliyinə sadiqdir.

Trend-in
məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti
işlər vəkili Emi Karlon Bakıda qəbul zamanı deyib.

“Bu gün biz tarixi bir dövrün şahidi oluruq. Avqustun 8-də ABŞ,
Azərbaycan və Ermənistan arasında baş tutan görüş münasibətlərdə
yeni səhifə açdı”, – müvəqqəti işlər vəkili deyib.

O qeyd edib ki, Birləşmiş Ştatlar Bakı ilə İrəvan arasında sülhə
nail olmaq üçün səylərini davam etdirəcək.

Onun sözlərinə görə, sülhə nail olmaq Cənubi Qafqazda iqtisadi
əməkdaşlıq üçün bütün potensialı reallaşdırmağa imkan verəcək.

Karlonun sözlərinə görə, davamlı sülh daha geniş əməkdaşlıq
çərçivəsində mümkündür.

Xəbər yenilənəcək