ABŞ ilə yeni əməkdaşlıq mexanizmləri və investisiya təşəbbüsləri barədə fikir mübadiləsi aparılıb

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin
Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan
Hanrahan ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan ilə ABŞ
arasında iqtisadi münasibətlərin inkişaf dinamikasından məmnunluq
ifadə olunub və əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün
görüləcək işlər müzakirə edilib.

Tərəflər Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq
Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun
yaradılmasına dair Hökumətlərarası Anlaşma Memorandumunun
əhəmiyyətini vurğulayıblar. Bu təşəbbüs iki ölkə arasında iqtisadi
əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi
baxımından xüsusi önəm daşıyır.




Görüşdə, həmçinin, ABŞ ilə iqtisadi əməkdaşlığın inkişaf
etdirilməsi istiqamətində Azərbaycanın prioritetləri təqdim olunub.
Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar,
biznes mühitinin yaxşılaşdırılması və strateji infrastruktur
layihələri ABŞ şirkətləri üçün əlverişli imkanlar yaradır.

Vaşinqtonda keçirilmiş görüşlərin – ABŞ İdxal-İxrac Bankı (US
EXIM Bank), “SpaceX”, “Exxon Mobil” və digər aparıcı qurumlarla
aparılan danışıqların davamı olaraq, yeni əməkdaşlıq mexanizmləri
və investisiya təşəbbüsləri barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrdə, həmçinin, Zəngəzur dəhlizi (Trans-Xəzər Regional
İnkişaf və Partnyorluq Platforması – TRIPP) üzrə işlərin davam
etdirilməsi, regional nəqliyyat-logistika layihələrinin
reallaşdırılmasının iqtisadi əməkdaşlığa verəcəyi töhfələr diqqət
mərkəzində olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir