
Bakı. Trend:
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
Trend xəbər verir ki,
“Qırmızı-qaralar” Kamerun əsilli fransalı yarımmüdafiəçi Jondo
Fuxsu transfer edib. 27 yaşlı futbolçu ilə 1 illik müqavilə
imzalanıb. Fuxs karyerasına Fransanın “Soşo” klubunda başlayıb.
Daha sonra İspaniya təmsilçisi “Alaves”ə transfer olunan futbolçu
İsrail klubu “Makkabi Hayfa”nın da formasını geyinib. Şotlandiyada
“Dandi Yunayted”, İngiltərədə isə “Piterboro Yunayted”in heyətində
çıxış edən Fuxsun son klubu İsrail təmsilçisi “Bney Sahnin”
olub.
Jondo Fuxs, həmçinin Fransanın U-19 və U-20 milli komandalarının
şərəfini qoruyub. O, Kamerunun əsas millisinin heyətində 2 oyuna
çıxıb.
Qeyd edək ki, “Qəbələ” bunadək Rüfət Əhmədov, Salihu Nasiru,
Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba
Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.