Salyanda kanaldan meyit tapılıb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə
Mərkəzinə Salyan rayonunun Yenikənd kəndində su kanalında
aşkarlanan kişi meyitinin götürülməsinə köməklik göstərilməsi üçün
müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət
Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb olunublar.




Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan
çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir