
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp sui-qəsd nəticəsində öldürülən
amerikalı siyasətçi Çarli Kirkin xatirəsinə hörmət əlaməti olaraq
ölkədə bayraqların yarıya qədər endirilməsini əmr edib.
Trend xəbər verir ki, Tramp
bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Amerika vətənpərvəri olan Çarli Kirkin şərəfinə bazar günü
axşam saat 18:00-a qədər Birləşmiş Ştatlardakı bütün Amerika
bayraqlarının yarıya qədər endirilməsini əmr edirəm”, – Tramp
paylaşımda bildirib.