Avropanın 3 klubu bu hücumçuya görə “Qarabağ”la əlaqə saxladı

Baş səhifə

Bakı. Trend:

Millinin və “Qarabağ”ın hücumçusu Nəriman Axundzadəyə yeni
müştəriləri ortaya çıxıb. Çempionlar Liqasının üç təsnifat
mərhələsində göstərdiyi oyun gənc forvardın elçilərinin sayını
artırıb.

Trend xəbər verir ki, son
olaraq Avropanın üç ölkəsindən ona təklif gəlib. İsveç, Danimarka
və Polşa klublarının menecerləri “Xəzər Lənkəran”ın yetirməsinə
görə “Qarabağ”la əlaqə saxlayıb.

“Köhnə dünya”nın nümayəndələri Axundzadənin müqavilə şərtləri və
təzminatla maraqlanıb.




Nərimanı 2024-cü ilin yayında Səudiyyə Ərəbistanından da
istəyənlər var idi. Ərəblər “Qarabağ”da aylıq maaşı 12 min manat
olan hücumçuya üç dəfə artıq ödəmə etməyə hazır idi.

Səbəbkar yarımadadan gələn dəvəti müsbət cavablandırmağa meyl
göstərsə də, “köhlən atlar” danışıqların rəsmiyyət qazanmasına
razılıq verməmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir