Çin vətəndaşlarının NASA-nın proqramlarında iştirakı qadağan edilib

Baş səhifə

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Çin vətəndaşlarının sözügedən qurumun kosmik proqramlarında iştirakını qadağan edib.

APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Əvvəllər qadağa yalnız ABŞ vizası olmayan Çin vətəndaşlarına şamil olunurdu.

Lakin ötən həftədən etibarən NASA Çin vətəndaşlarının məlumat bazalarına çıxışını və iclaslarda iştirakını da məhdudlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir