“Qalatasaray”ın futbolçusu Super Liqada klubunu dəyişə bilər

Baş səhifə

Bakı. Trend:

“Qalatasaray”ın futbolçusu Ahmed Kutucu Super Liqada klubunu
dəyişə bilər.

Trend xəbər verir ki, “Göztepe” türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə “Fanatik” nəşri məlumat yayıb.




İzmir təmsilçisi Ahmedi icarəyə götürmək üçün “cim bom”a rəsmi
təklif göndərib. “Göztepe” 25 yaşlı ön xətt oyunçusunun maaşının
hamısını ödəməyə hazırdır.

Qeyd edək ki, “Qalatasaray” Ahmed Kutucunu bu ilin yanvar ayında “Eyüpspor”dan transfer edib. Türkiyə millisinin üzvü “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol
vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir