Öz yurdumda yaşamaqdan böyük arzum yoxdur – Hüseynova Nazənin

Baş səhifə

Bakı. Trend:

Öz yurdum Xocavənddə yaşamaqdan böyük arzum yoxdur.

Bunu Trend
açıqlamasında Xocavənd sakini Hüseynova Nazənin deyib.

Onun sözlərinə görə, hər zaman öz yurduma qayıdıb yaşamağın
həsrətini çəkib.




“Şükürlər olsun ki, bu gün öz yurdumuza geri dönürük. Allah
Prezidentimizi var eləsin. Ona öz təşəkkürümüzü bildiririk. Allah
şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Bütün keçmiş məcburi qaçqınların öz yurdlarına qayıtmalarını
arzulayıram”, – deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora
köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan
layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət
qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə
yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,
turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43
mindən çox insan yaşayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir