ABŞ Konqresi 2026-cı il üçün hərbi büdcəni təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatası 2026-cı maliyyə ili üzrə
hərbi xərcləri təxminən 900 milyard dollar həcmində təsdiqləyib. Bu
vəsaitin 400 milyon dolları Ukraynaya yardım üçün nəzərdə
tutulur.

Trend-in
məlumatına görə, sənəd 231 nəfər tərəfindən dəstəklənib, 196
qanunverici isə əleyhinə səs verib.




Qanun layihəsinə əsasən, Ukraynaya ayrılacaq 400 milyon dollar “Ukrayna Təhlükəsizlik Yardımı Təşəbbüsü” çərçivəsində
yönləndiriləcək. Bu təşəbbüs vasitəsilə ABŞ Müdafiə Nazirliyi silah
və texnikanı mövcud arsenalından deyil, istehsalçılarla bağlanacaq
müqavilələr əsasında təmin edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir