Xudatda telefon mağazasından oğurluq edən şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları
daxil olan məlumat əsasında rayon sakini Elşən Əliyevi
saxlayıblar.

Trend xəbər verir ki,
araşdırmalarla onun Xudat şəhəri ərazisində tanışına məxsus
mağazadan pul və ümumi dəyəri 6900 manat olan 18 ədəd mobil telefon
oğurlaması müəyyən olunub.




Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə
E.Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir