
Bakı. Trend:
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə Sumqayıt şəhər sakini Əhməd Qarayev saxlanılıb.
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata
görə, ondan 1 kiloqram heroin və marixuana aşkarlanıb. Ə.Qarayev
sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan
İran vətəndaşına pul müqabilində narkokuryerlik etdiyini
bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
həbs qətimkan təbiri seçilib.