Dünya bazarlarında neft ucuzlaşdı

Baş səhifə

Sentyabrın 10-da dünya bazarlarında neftin qiymətində cüzi azalma qeydə alınıb.

Metbuat.az xəbər verir ki, “Nyu-York Mercantile Exchange”də (Nymex) WTI markalı xam neftin oktyabr fyuçerslərinin qiyməti 0,08 ABŞ dolları və ya 0,13% azalaraq 63,59 dollar/barel təşkil edib.

“ICE” birjasında noyabr fyuçersləri üzrə “Brent” markalı neftin qiyməti isə 0,06 dollar və ya 0,09% enərək 67,43 dollar/barel olub.

Qiymətlərin azalması investorların qlobal tələblə bağlı ehtiyatlı mövqeyi və bazarda təkliflə bağlı qeyri-müəyyənliklə əlaqələndirilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir