Arda böhrana səbəb oldu –

Baş səhifə

“Real Madrid”də əsas heyətə düşmək üçün Arda Gülerlə rəqabət apara bilməyən Brahim Diaza klubu tərk etmək istəyir.

Metbuat.az xəbər verir ki, Arda Güler və Franko Mastantuononun uğurlu çıxışı komanda daxilindəki bəzi oyunçuların vəziyyətinə birbaşa təsir edib. İspaniya mətbuatının məlumatına görə, onlardan biri də Brahim Diazdır. Mərakeşli oyunçunun növbəti transfer pəncərəsi zamanı klubu tərk etmək istədiyi irəli sürülüb.

Qeyd edək ki, mərkəzdə və cinahda oynayan Brahim Diaz, Mastantuononun cinahda Ardanın isə mərkəzdə nümayiş etdirdiyi uğurlu oyun sayəsində məşqçi Xabi Alonsonun seçim siyahısında arxa sıraya düşüb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir