İstiqaməti itirərək Azərbaycana keçən İran vətəndaşları təhvil verilib

Baş səhifə

Bakı. Trend:

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi
istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata
görə, sentyabrın 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının
“Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin
dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İrandan
Azərbaycana keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq
Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat
Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıblar.




Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada
müqabil tərəfə təhvil verilib.