
Ağcabədidə doğuş zamanı ana ölümü qeydə alınıb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayon mərkəzi rayon xəstəxanasında baş verib.
Avşar kənd sakini, 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı ölüb.
Onun dünyaya gətirdiyi körpə sağ qalıb.
Faktla bağlı araşdırma aparılır.