İRİA: “Epam Systems”in Azərbaycana gəlmə prosesi yekunlaşmaq üzrədir

Baş səhifə

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) beynəlxalq təşkilatlarla əməkdaşlıqların qurulması istiqamətində danışıqlar aparır.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İRİA-nın idarə heyətinin sədri Fərid Osmanov deyib.

O bildirib ki, artıq beynəlxalq İT şirkəti olan “Epam Systems” şirkətinin ölkəmizə gəlməsi yekunlaşmaq üzrədir:

“Həmin təşkilatla birlikdə Azərbaycanda müvafiq insan kapitalının formalaşdırılması və beynəlxalq layihələrin icrası istiqamətində artıq real fəaliyyətlərə başlanılıb. Digər beynəlxalq təşkilatların da ölkəmizə gəlməsi istiqamətində sistemli işlər aparılır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir