Ərdəbillə Azərbaycan arasında iqtisadi imkanları inkişaf etdirmək olar – Pezeşkian

Baş səhifə

Bakı. Trend:

İranın Ərdəbil vilayəti ilə Azərbaycan arasında iqtisadi
imkanları inkişaf etdirmək olar.

Trend-in məlumatına görə, bunu İran prezidenti çəsud Pezeşkian
bu gün şimal-qərbdə yerləşən Ərdəbil vilayətində investorlar və iş
adamları ilə görüşdə deyib.

Onun sözlərinə görə, Ərdəbil Azərbaycanla sərhəddə yerləşir. Bu
vilayətin özünəməxsus potensialı var.




Pezeşkian deyib ki, Ərdəbil vilayətinə fərqli şəkildə
yanaşılarsa, bir çox iqtisadi problemlər həll olunacaq. Böyük
imkanlara sahib Ərdəbildə yeni strategiya ilə iqtisadiyyatı inkişaf
etdirmək mümkündür.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian bu gün Ərdəbil
vilayətinə səfər edib və bir sıra layihələrin istismara verilməsi
ilə əlaqədar tədbirlərdə iştirak edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir