Qazaxıstan Prezidenti Rusiyaya səfər edəcək

Baş səhifə

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2025-ci ilin noyabrında Rusiyaya dövlət səfəri çərçivəsində iki ölkə arasında regionlararası əməkdaşlıq forumunda iştirak edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə TASS-a Qazaxıstan liderinin mətbuat xidmətindən məlumat verilib.

“Prezident Qasım-Jomart Tokayevin Rusiya Federasiyasına dövlət səfəri bu ilin noyabrına planlaşdırılır. Səfər çərçivəsində dövlət başçısının Qazaxıstan və Rusiya arasında regionlararası əməkdaşlıq forumunda iştirakı gözlənilir”, – mətbuat xidmətinin məlumatında deyilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.