Peskov: Putin-Tramp telefon danışığı tez bir zamanda razılaşdırıla bilər

Baş səhifə

Putinlə Tramp arasında telefon danışığının tarixi ilə bağlı hələlik konkret razılaşmalar yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, lazım gələrsə, Putin-Tramp telefon danışığı tez bir zamanda razılaşdırıla bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Putinlə bu həftə və ya gələn həftə ərzində telefon danışığı aparacağını açıqlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir