
Bakı. Trend:
Milli Məclisdə işğaldan azad edilmiş ərazilərdəki dini
abidələrin durumu, bərpası ilə bağlı qarşıya çıxan problemlər və
həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanlarının
ictimai müzakirəsi keçiriləcək.
Trend-in
məlumatına görə, bu məsələ parlamentin İctimai birliklər və dini
qurumlar komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının
layihəsində öz əksini tapıb.
Bundan əlavə, dini abidələrin durumu və ictimai birliklərin
mövcud durumu ilə bağlı ictimai müzakirələrin keçirilməsi də
layihədə öz əksini tapıb.
İctimai müzakirələr payız sessiyası müddətində Dövlət
quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi ilə Milli
Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin
cavabdehliyində baş tutacaq.