Küləkli hava şəraiti həftəsonunadək davam edəcək

Baş səhifə

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də arabir yağış
yağacağı gözlənilir.

Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.




Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan
xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

Küləkli hava şəraitinin həftə sonunadək davam edəcəyi
gözlənilir.