
Bakı. Trend:
Unibank ölkədə biznesin inkişafına dəstəyini davam etdirərək,
yeni “Payız endirimi” kampaniyası keçirir.
Kampaniya çərçivəsində sahibkarlar sentyabrın sonunadək mikro
kreditlər üzrə 4 fərqli endirim paketindən istədiklərini seçə
biləcəklər. Kampaniya 50 000 AZN-dək kreditlərə şamil olunur.
Kampaniya çərçivəsində təqdim olunan
paketlər:
- Paket 1: Cari illik faiz dərəcələrinə 4%-dək
endirim; - Paket 2: Biznes sahəsindən asılı olaraq 12
ayadək güzəşt müddəti; - Paket 3: Komissiya faizi – 0%;
- Paket 4: Kreditin zamin tələbi olmadan
ayrılması.
Sahibkarlar kampaniya dövründə bu paketlərdən birini seçməklə,
bizneslərini daha sərfəli şərtlərlə maliyyələşdirə biləcəklər.
Unibank hər zaman sahibkarların yanında olmaqla, onların maliyyə
resurslarına daha əlçatan şəkildə çıxışını təmin etməkdə davam
edir.
İndi müraciət edin və biznesinizlə bağlı payız
planlarınızı “Unibank”la reallaşdırın!
“Unibank”ın biznes kreditlərindən və xidmətlərindən faydalanmaq
istəyən sahibkarlar bankın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”,
“İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”,
“Neftçilər”, “Sədərək”,“Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”,
“Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”,
“Salyan”, “Beyləqan” və “Lənkəran” filiallarına müraciət
edə bilərlər.
Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117
nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud rəsmi sosial
media hesablarından (www.facebook.com/unibank.az,
https://www.instagram.com/unibank.az/)
əldə etmək olar.
Unibank – Sənin Bankın!